"Barselona" transfersiz qala bilər

"Barselona" maliyyə feyr-pleyində problemlər yaşayır və yüksək qiymətli satışlar olmadan yayda yeni oyunçular ala bilməyəcək...

"Libero" şirkəti ilə 60 milyon avro məbləğindəki razılaşmaya əsasən, katalon klubu iyunun 30-dək əlavə ödənişlər almasa, maliyyə feyr-pleyi üzrə olan borcu daha da artacaq.

Həmçinin bildirilir ki, avqustun 31-dək "Barselona" kimliyindən asılı olmayaraq istənilən futbolçunu böyük məbləğə satmağa hazırdır.

Qeyd edək ki, bu mövsüm "Barselona" İspaniya La Liqasında çempionatın bitməsinə iki tur qalmış "Real Madrid"dən 14 xal geri qalaraq ikinci yeri tutur. İspaniya kubokunda Xavinin komandası turnirin son qalibi Bilbao "Atletik"inə uduzaraq 1/4 final mərhələsində dayanıb. Çempionlar Liqasında da katalonlar 1/4 finalda Fransa PSJ-sinə məğlub olaraq mübarizədən kənarlaşdırılıb. İspaniya Superkubokunun finalında isə "Barselona" Madrid "Real"ına uduzub (1:4). (oxu.az)

Poliqon.info