İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib...

Bu il Beynəlxalq Muzeylər Gününün mövzusu “Muzeylər, təhsil və tədqiqat”dır. O, hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm rolunu vurğulayır və daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına təkan verir.

“Açıq qapı” günündə Uşaq İnkişaf Mərkəzinin nəzdində İnklüziv Art Studionun uşaqları canlı nömrələrlə çıxış edərək muzeyə gələnləri sevindirdi. Eyni zamanda tədbirdə uşaqlara məxsus olan 14 ədəd rəsm əsəri də sərgiləndi. Ziyarətçilərə Azərbaycan xalqının qədim zamanlardan bu günə qədər müstəqillik uğrunda apardığı mübarizəni əks etdirən tarixi eksponatlar haqqında ətraflı məlumat verildi.

Tədbirin sonunda iştirakçılar muzeyimiz tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldı.

##galery##

Poliqon.info