Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb...

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurdtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Xanməmmədova Şaaxanım dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Poliqon.info