Rafael Varan Meksika klubu ilə razılaşdı

"Mançester Yunayted" klubundan ayrılan Rafael Varan Meksika klubu ilə şəxsi razılığa gəlib.

Məlumata görə, mövsüm sonunda İngiltərə təmsilçisindən ayılacağı gözlənilən Rafael Varan "Tiqres" klubu ilə razılığa gəlib.

Belə ki, təcrübəli müdafiəçi komanda ilə 2+1 illik müqavilə və illik 10 milyon avro maaş təklifini qəbul edib.

Qeyd edək ki, "Mançester Yunayted" Rafael Varanın keçidindən heç bir gəlir əldə edə bilməyəcək. (oxu.az)

Poliqon.info