Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb...

APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı, 2005-ci təvəllüdlü M.Əmirova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info