Mbappe "Real"da 150 milyon imza haqqı və 15 milyon maaş alacaq

Fransız hücumçu Kilian Mbappe "Real Madrid"də mövsüm boyu 15 milyon avro qazanacaq...

Poliqon xəbər verir ki, bu barədə "Sky Sports" məlumatg yayıb.

Mənbənin sözlərinə görə, bu məbləğ futbolçunun PSJ ilə müqaviləsi çərçivəsində qazandığı məbləğdən azdır. Forvard həmçinin 150 milyon avroluq imza bonusu alacaq.

Qeyd edək ki, 25 yaşlı Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə 180 milyon avroya transfer olunub. Onun PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. Artıq fransalı forvardın "Real Madrid"lə müqavilə imzaladığı deyilir. Hətta internetdə "Santyaqo Bernabeu" stadionunda fransız forvardın təsviri olan formalar satılmağa başlayıb. Ancaq keçid hələ rəsmi olaraq açıqlanmayıb. Bunun 2024-cü ilin iyununda baş verəcəyi gözlənilir.

Mbappe cari mövsümdə 47 rəsmi oyuna çıxıb, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. O, indiyədək PSJ ilə Fransa çempionluğunu (6 dəfə), ölkə kubokunu (3 dəfə), Liqa Kubokunu (2 dəfə), Fransa Super Kubokunu (3 dəfə) qazanıb və Çempionlar Liqasında final (2019/20 mövsümü) qazanıb.

Futbolçu Fransa millisində 77 oyun keçirərək 46 qol vurub. Mbappe 2018-ci ildə dünya çempionatının qalibi, 4 il sonra gümüş mükafatçısı olub, 2020/21 mövsümündə Millətlər Liqasında qızıl medala sahib çıxıb..

Poliqon.info