Avstraliya Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edib

Xarici işlər naziri Penni Vonq: Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib...

Avstraliya Moskvanı yenidən Pxenyanla hərbi əməkdaşlıqda ittiham edərək Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edib.

Poliqon xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq bildirib. Məlumat Avstraliya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Avstraliya beynəlxalq tərəfdaşlarla koordinasiyada daha altı təşkilata qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edir”, deyə nazir bildirib.

Vonq qeyd edib ki, KXDR və Rusiya arasında əməkdaşlığın dərinləşməsi Avropa, Koreya yarımadası və bütün Hind-Sakit okean regionu üçün ciddi təhlükəsizlik təsirləri var. Nazir Avstraliyanın müttəfiqləri və tərəfdaşları ilə Rusiya və Şimali Koreyanı cəzalandırmaq üçün işləməyə davam edəcəyini vurğulayıb.

Poliqon.info