HƏMAS Mahmud Abbasdan narazıdır...

Mahmud Abbas hesab edir ki, Fələstinin legitimliyinə qayıtmaqdan imtina edən HƏMAS-ın mövqeyi İsrailin planına xidmət edir...

Poliqon xəbər verir ki, HƏMAS Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın Bəhreyndə Ərəb Dövlətləri Liqasının 33-cü sammitində səsləndirdiyi bəyanatlardan təəssüfləndiyini bildirib.

Qeyd edək ki, mayın 16-da yuxarıda Ərəb Dövlətləri Liqasının sammitində Abbas bəyan edib ki, Fələstinin bölünməsinə son qoymaqdan və Fələstinin dövlət legitimliyinə qayıtmaqdan imtina edən HƏMAS-ın mövqeyi İsrailin planına xidmət edir.

“Qəzza zolağının İordan çayının qərb sahilindən ayrılmasında inad etmək Fələstin dövlətinin yaradılmasının qarşısını almaq deməkdir”, deyə Fələstin prezidenti çıxışında bildirib.

Mahmud Abbasınsözlərinə görə, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumu Təl-Əvivə Qəzza zolağına hücum etmək üçün daha çox bəhanə və əsas verib.

Poliqon.info