Tuapse neft emalı zavodu dronların hücumuna məruz qalıb

Mayın 17-də səhər saatlarında Ukrayna hərbçiləri Tuapsedə mülki infrastruktura hücum ediblər...

Poliqon xəbər verir ki, hadisə barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb. Qərargahın məlumatına görə, qurğunun düşməsi nəticəsində neft emalı zavodunda yanğın başlayıb.

Yanğının söndürülməsi üçün xüsusi təyinatlılar cəlb olunub. Məlumata görə heç kim xəsarət almayıb.

Qeyd edək ki, Rusiya mətbuatının məlumatına görə, mayın 17-nə keçən gecə Ukrayna qoşunları bir neçə istiqamətdə Rusiya ərazisindəki hədəflərə hücum etməyə çalışıb. Sevastopolda onlarla pilotsuz PUA vurulub, Novorossiyskdə isə 10-dan çox PUA-nın qarşısı alınıb. Belqorod vilayətində iki nəfər kamikadze pilotsuz təyyarənin zərbəsinin qurbanı olub.

Poliqon.info