BMT: Qəzza zolağı faktiki olaraq yanacaq almağı dayandırıb

Qəzza zolağı İsrailin hərbi əməliyyatlarının intensivləşməsi səbəbindən humanitar əməliyyatlar üçün yanacaq almağı faktiki olaraq dayandırıb...

Poliqon xəbər verir ki, bunu BMT rəhbərinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib. Fərhan Haqın sözlərinə görə, ən böyük yanacaq çatışmazlığı anklavın cənubundadır.

“Yanacaqla bağlı vəziyyət kritikdir. Faktiki olaraq anklavyanacağın tədarükü bir neçə yer istisna olmaqla, Rəfahda əməliyyatın başlaması ilə dayandırılıb”, cənab Haq brifinqdə bildirib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsraillə Fələstinin radilak HƏMAS hərəkatı arasında müharibə davam edir. Mayın 6-da İsrail şərqi Rəfahın əhalisini təxliyə etməyə hazır olduqlarını açıqlayıb. Mayın 7-də İsrail ordusu şəhərdə hərbi əməliyyata başladığını elan edib və elə həmin gün Qəzza zolağının Misirlə sərhədindəki eyniadlı keçid məntəqəsini nəzarətə götürüb. Bundan sonra Pentaqon İsrailə hərbi yardımın verilməsini dayandırıb.

Poliqon.info