Paşinyan: Artıq 10 gündür ki, Ermənistan sərhəd qoşunları Bağanis-Voskepar istiqamətində xidmət edir

Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda davam etdirməyə meyllidir...

Poliqon xəbər verir ki, bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini də həll etmək lazımdır.

“Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar istiqamətində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları əraziyə yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”, deyə baş nazir bildirib.

Poliqon.info