ISW: Rusiya qoşunları Xarkov vilayətinin sərhədinə doğru 8 km-dən çox irəliləyib

Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında yazır ki, Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarının tempi azalmaqda davam edir...

Poliqon xəbər veriri ki, bu barədə ISW-nin son hesabatında bildirilir.

Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna hərbçiləri bəyan ediblər ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında vəziyyəti qismən stabilləşdirib.

Kiyevin məlumatına görə, Rusiya qüvvələri Lukyantsı və Volçansk yaşayış məntəqələri ərazisində taktiki nailiyyətlər əldə etməyə çalışır, lakin Ukraynanın əks-hücumları, artilleriya və pilotsuz təyyarələrin zərbələri onların bu ərazilərdə möhkəmlənməsinə mane olur.

ISW hesab edir ki, Rusiya qüvvələri Xarkov vilayəti sərhədinə doğru səkkiz kilometrdən çox irəliləməyib.Qeyd edək ki, mayın 10-dan etibarən Rusiya qoşunları Xarkov vilayətinin şimalında bəzi taktiki uğurlara nail ola biliblər.

Poliqon.info