Si Tsinpin Putini əmin edib ki, Çin əməkdaşlıqüçün yeni planlara hazırdır

Çin lideri Putini qarşılıqlı fəaliyyət üçün yeni planlar ətrafında çalışmağa hazır olduğuna əmin edib...

Çin sədri Si Tsinpin Pekində dövlət səfərində olan Rusiya prezidenti Vladimir Putini əmin edib ki, onun ölkəsi bundan sonra da iki ölkə arasında münasibətləri düzgün inkişaf istiqamətində qurmağa, eləcə də bütün sahələrdə qarşılıqlı fəaliyyət üçün yeni planlar hazırlamağa hazırdır.

Poliqon xəbər verir ki, Si Tsinpin Putinlə görüşündə iki ölkənin inkişafı üçün əməkdaşlığa hazlr olduğunu vurğulayıb. Çin lideri həmçinin Putinin yenidən prezident fəaliyyərtinə başladıqdan sonra ilk olaraq Çinə səfərini yüksək qiymətləndirib.

“Cənab Prezident, bu, yeni prezidentlik müddətinin əvvəlindən bəri ilk xarici səfərinizdir və bu, şəxsən Sizin və Rusiya hökumətinin Çin-Rusiya münasibətlərinə göstərdiyiniz diqqətin inandırıcı sübutudur ki, biz bunu yüksək qiymətləndiririk", deyə Si Tsinpin deyib.

Sinin sözlərinə görə, ÇXR üçün bu, xoş təmas ənənəsinin davamıdır.

“Yenidən sədr seçildikdən dərhal sonra mən də ilk xarici səfərim üçün Rusiyanı seçdim”, deyə Si Tsinpin qeyd edib.

Poliqon.info