Azyaşlı bacı-qardaş dəm qazından zəhərləndi, biri öldü

Ağcabədi rayonunun Boyat kəndində dəm qazından zəhərlənən iki azyaşlıdan biri ölüb, digərinin vəziyyəti ağırdır...

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, Boyat kənd sakinləri Emil Emin oğlu Hümbətov və Filiz Emin qızı Hümbətova dəm qazından zəhərləniblər.

Məlumata əsasən, zəhərlənmə nəticəsində E.Hümbətov ölüb, F.Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Poliqon.info