Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zaman kapsulu tapılıb...

Bu barədə bölgə meri Dmitri Lyubçinov özünün “Telegram” kanalında məlumat verib.

“Bu gün zaman kapsulu - 1970-ci ildə Xolmsk Gəmiqayırma Zavodunun komsomolçularından 2018-ci ilin nəslinə mesaj aşkar edildi”, - deyə o, paylaşımda bildirib.

Dmitri Lyubçinovun sözlərinə görə, kapsulu hələ 6 il əvvəl, 2018-ci ildə tapmağa çalışıblar, lakin bütün cəhdlər boşa çıxıb. Beləliklə də komsomolçuların mesajı 54 ildir abidədə “yatılı qalıb”. Daha sonra mer söz verib ki, mesajın məzmunu yerli sakinlərə açıqlanacaq.

Poliqon.info