Azərbaycan və Belarus XİN rəhbərlərinin Bakıda geniştərkibli görüşü keçirilib - Yenilənib

Azərbaycan və Belarus xarici işlər nazirlərinin geniştrəkibli görüşü keçirilib...

Poliqon xəbər verir ki bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikasının xarici işlər naziri Bayramov Ceyhun və Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və s. sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə etmək üçün geniş tərkibdə görüşüblər. Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi təşəbbüsləri, münaqişədən sonrakı regional vəziyyət, həmçinin Azərbaycanın COP29-a sədrliyi barədə fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

***

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında görüş keçirilir.

Poliqon xəbər verir ki, nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində (XİN) belaruslu həmkarı ilə görüşüb.

Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.

Poliqon.info