Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub

2024-cü ildə xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə, 220 nəfər sənəd verib. Azərbaycandan 77 nəfər artıq dünyanın top universitetlərinə qəbul olub...

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illər məktəblilər arasında təşkil edilən müsabiqələrə təxminən 40 min şagirdin qatılması ölçülə bilən nəticələri görməyə kömək olur.

“Əvvəlki xaricdə təhsil proqramları ilə müqayisədə son illər dünyanın ən qabaqcıl universitetlərinə yerli tələbələrin qəbul sayında xeyli dəyişiklik var. Hətta proqram siyahısından kənar qabaqcıl ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələrimiz var. Olimpiada qalibi olanların bu sahədə sayı daha çoxdur" – nazir əlavə edib.

Poliqon.info