Ukrayana Kazana hücum etdi, Taliban nümayəndə heyəti foruma gedə bilmədi...

Əfqanıstanın Taliban hərəkatının nümayəndə heyəti Ukraynanın pilotsuz təyyarəsinin Tatarıstanın paytaxtına hücumu səbəbindən "Rusiya-İslam Dünyası: Kazan Forumu" iqtisadi konfransına vaxtında gələ bilməyib...

Poliqon xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, Taliban Moskva vaxtı ilə saat 08:45-də Moskvadan Kazana uçmalı idi, lakin səhər hücumu səbəbindən uçuş hələ də yubanır.

Bildirilir ki, Əfqanıstandan olan nümayəndə heyətinə ölkənin Sənaye və Ticarət Nazirliyinin rəhbəri Nuriddin Əzizi rəhbərlik edir.

12 müxtəlif sahə üzrə 125 tematik sessiyanın yer aldığı forum çərşənbə axşamı Kazanda başlayıb və mayın 19-dək davam edəcək.

Xatırladaq ki, mayın 15-də səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 07:30 radələrində Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarənin vurulması barədə məlumat yayıb.

"Mash" telegram kanalının məlumatına görə, təyyarə Kazan beynəlxalq hava limanından 25 kilometr aralıda yerləşən Verxniy Uslon kəndi üzərində vurulub. Təhlükəsizliyi təmin etmək üçün hava limanı təyyarələrin qəbulu və yola salınması üçün bağlanıb.

Poliqon.info