Putin: Qərbdən təhlükəsizlik zəmanəti almaqla bağlı problem var...

Poliqon xəbər verir ki, Rusiya lideri bunu Çinin “Sinxua” Agentliyinə müsahibəsində deyib. Müsahibənin mətni Kremlin saytında dərc olunub.

Putin qeyd edib ki, istənilən potensial danışıqlar həm Ukrayna, həm də Rusiya üçün qlobal sabitlik və təhlükəsizlik təminatları mövzusunu müzakirə etməlidir.

“Əsas problem hər hansı təminatların etibarlılığıdır, çünki biz hakim dairələri beynəlxalq hüquqa deyil, “qaydalara əsaslanan nizam”a üstünlük verən dövlətlərlə işləyirik”, deyə Putin qeyd edib.

Rusiya dövlət başçısı vurğulayıb ki, bu qaydaları heç kim görməyib və heç kim onlarla razılaşmayıb. O, əlavə edib ki, başqa şeylərlə yanaşı, onlar mövcud siyasi vəziyyətdən və onları irəli sürənlərin maraqlarından asılı olaraq dəyişirlər. Putin deyib ki, Rusiya da Çin kimi Qərbin dünyaya yalan, ikiüzlülük və naməlum birinin uydurduğu mifik qaydalar əsasında nizam tətbiq etmək cəhdlərini rədd edir.

Poliqon.info