BMT-nin baş katibi andiçmə mərasimi ilə bağlı Putinə məktub göndərib

BMT-nin baş katibi Antonio Quterreş Vladimir Putinə Rusiya prezidenti vəzifəsinin icrasına başlaması ilə bağlı məktub göndərib...

Poliqon xəbər verir ki, bu barədə baş katibin sözçüsünün müavini Fərhan Haq bildirib.

Fərhan Haq məktubun məzmunu ilə bağlı ətraflı məlumat verməyib. BMT-nin baş sözçüsü Stefan Dujarrikin daha əvvəl bildirib ki, Antonio Quterres andiçmə mərasimindən sonra bütün seçilmiş prezidentlərə oxşar məktublar göndərir.

Qeyd edək ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Böyük Kreml sarayında baş tutub. O, beşinci dəfə Rusiya prezidenti postunu tutub. Putin bu vəzifəni növbəti altı il ərzində, 2030-cu ilə qədər tutacaq.

Poliqon.info