ABŞ bunkerləri dağıdan bombaların istehsalını artırmağı planlaşdırır

ABŞ silahlı qüvvələrinin rəhbərliyi Oklahoma ştatının cənub-şərqində sursat istehsalı üzrə ixtisaslaşan ordu zavodunun genişləndirilməsi layihəsi hazırlayıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Nəşrin mənbələrinin fikrincə, müəssisənin potensialının artırılmasına 2024-cü ilin payızında nbaşlanılacaq.

Bloomberg qeyd edir ki, Oklahoma zavodunun istehsal etdiyi əsas mərmilərdən biri “Massive Ordnance Penetrator” kimi tanınan GBU-57 idarə olunan dəqiq bombadır. O, partlamadan əvvəl 61 m dərinliyə nüfuz edə bilir və güclü möhkəmləndirilmiş yeraltı hərbi obyektləri məhv etmək üçün nəzərdə tutulub.

GBU-57 bombası 2007-ci ildə ABŞ ordusunun sifarişi ilə İran və KXDR-in yeraltı istehkamlarını məhv etmək üçün “Boeing” təyyarə istehsalı konserni tərəfindən hazırlanıb. 2018-ci ildə bombanın dördüncü modernləşdirilməsi həyata keçirilib, bu, çətin vurulan və dərində olan hədəfləri məhv etmək üçün sursatın xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Hava bombasının kütləsi 13,6 tona çatır, gücü isə təxminən 2,5 ton partlayıcıdır. Bu n güclü qeyri-nüvə bombasıdır.

Poliqon.info