Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub...

APA-nın cənub bürosunun verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002 - ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2 dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

***

Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkarlandığı evdə istintaq əməliyyatı aparır.

İlkin məlumata görə, meyit həyətdə basdırılmış vəziyyətdə aşkar edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırmalara başlanıb.

Poliqon.info