Makron: Avropa biznes modelinin dəyişdirilməsi zəruridir

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ucuz Rusiya enerji resurslarını əldə edə bilmədikləri üçün Avropa ölkələri öz biznes modellərini dəyişməli olacaqlar...

Poliqon xəbər verir ki, Makron bu barədə Versalda keçirilən biznes konfransındakı çıxışında bildirib.

Fransa liderinin sözlərinə görə, Avropada iqtisadi vəziyyət Çin və ABŞ ilə müqayisədə yaxşı görünmür. Makron vurğulayıb ki, Avropa biznesi ucuz Rusiya enerjisi, ixrac üçün əla Çin bazarı və Vaşinqtonun geosiyasi çətiri altında Avropada istehsalın təşkili üzərində qurulub.

Fransa lideri bildirib ki, indi bu Avropa modelinin sütunları öz mövcudluğunu dayandırır. Ona görə də Avropa biznes modeli dəyişməlidir və qitə yeni, sürətlənən dünyada rəqabətədavamlı olmalıdır.

Makron nüvə enerjisi və bərpa olunan mənbələrə əsaslanacaq Avropa enerjisinin istehsalının zəruriliyindən də danışıb.

Poliqon.info