Polşa XİN: Ukrayna münaqişəsi 10 il davam edə bilər    

Ukraynada münaqişə ən azı 10 il davam edə bilər...    

Poliqon xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. O, bu qiymətləndirməni "Polskie Radiosu"nda edib.

Onun sözlərinə görə, belə münaqişələr təxminən 10 il davam edir.

Sikorski həmçinin Rusiyanın NATO ölkələri daha da eskalasiyaya hazır olduqları təqdirdə onlara hücum etməyəcəyi fikrini də ifadə edib. Eyni zamanda, hadisələrin bu cür inkişafını tamamilə istisna etmək mümkün olmadığını vurğulayıb.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts demişdi ki, hər kəs Ukraynadakı münaqişənin uzanmasına hazır olmalıdır. O əlavə edib ki, Avropa ölkələri Kiyevi daha çox "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təmin etməlidir.

"Hamımıza aydındır ki, bu müharibənin istədiyimizdən daha uzun sürməsinə hazır olmalıyıq", deyə Şolts bildirib.

Ukrayna Milli Qvardiyası Maksim Taran isə bildirmişdi ki, Qərb dövlətləri Kiyevi dəstəkləməkdən imtina edərsə, Ukrayna Silahlı Qüvvələrinə Rusiya ilə münaqişədə qalib gəlmək üçün 100 il vaxt lazımdır.

Poliqon.info