Olaf Şolts 2025-ci ildən sonra da kansler postundan qalmaq istəyir

Almaniya kansleri Olaf Şolts 2025-ci il seçkilərindən sonra vəzifəsində qalmaq niyyətində olduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə "Stern" yazıb.

"Mən də 2025-ci ilin payızından sonra Federal Kansler olaraq qalmaq istərdim", deyə Şolts bildirib.

Almaniya kansleri daxili fikir ayrılıqlarına baxmayaraq, hakim koalisiyasının yaxın gələcəkdə dağılmayacağına əminliyini ifadə edib.

Bundan əvvəl Şolts vəzifəsini vaxtından əvvəl tərk etməyəcəyini və ya hökumətinə etimad məsələsini Bundestaqda qaldırmayacağını bildirib: "Mənim də özümə şübhəm var. Bununla belə, sualınız mənim getməyimlə bağlıdırmı? Cavab xeyrdir".

Bu arada, "Tagesschau" nəşri yazıb ki, Olaf Şolts və Şimali Avropa ölkələrinin liderləri Rusiya ilə münaqişə fonunda Ukraynanı dəstəkləməyə davam edəcəklərini əmin ediblər. Şolts bildirib ki, hərbi əməliyyatlar başlayandan bəri Berlin Ukraynaya 28 milyard avro dəyərində silah verib.

"Biz Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsində onu dəstəkləməkdə həmrəyik. Biz Ukraynaya lazım olan qədər dəstəyimizi davam etdirəcəyik", deyə Şolts Stokholmda İsveç, Danimarka, Finlandiya, İslandiya və Norveçin baş nazirləri ilə görüşdən sonra bildirib.

Poliqon.info