Gürcüstan parlamentində qalmaqallı layihənin son müzakirəsi: Paytaxtda yürüş başladı 

Bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq...

Məlumata görə, qanun layihəsini Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası təqdim edib.

Üçüncü oxunuş əsasən texniki və redaksiya məzmununun müzakirəsini nəzərdə tutur. Ona görə də bu gün parlamentdə qanun layihəsinə baxılması prosesinin başa çatacağı və qəbul olunacağı gözlənilir. Daha sonra sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq.

Qeyd edək ki, sözügedən layihə ilə bağlı bir neçə gün əvvəl başlayan, dünən isə 30-dan artıq universitetin tələbələrinin də qatıldığı genişmiqyaslı aksiya bu gün bərpa olunub.

Poliqon.info