Rişi Sunak: Dünya nüvə eskalasiyasına hər zamankindən daha çox yaxınlaşıb...

Böyük Britaniyanın baş naziri əmindir ki, dünya nüvə müharibəsi təhlükəsinə yaxınlaşıb...
“Dünya nüvə eskalasiyasına son 60 ildə heç vaxt olmadığı qədər yaxındır”.

Poliqon xəbər verir ki, bu fikri Böyük Britaniyanın baş naziri Rişi Sunak özünün YouTube kanalında bildirib.

Siyasətçi Policy Exchange beyin mərkəzində çıxış edib. O, Rusiya prezidenti Vladimir Putinin davranışını “ehtiyatsızlıq” adlandırıb. Sunakın sözlərinə görə, Rusiya liderinin hərəkətləri hər kəsi “Kuba raket böhranından sonra heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına” yaxınlaşdırıb.

Sunak qeyd edib ki, dünyada Böyük Britaniyanın birbaşa üzləşdiyi təhlükələr daha çoxdur. Və bu təhdidlər, onun fikrincə, Britaniya dəyərlərini sarsıtmağa çalışan Rusiya, İran, Şimali Koreya və Çini əhatə edir.

Poliqon.info