ABŞ və Tayvan rəsmən elan olunmayan “təsadüfi” təlimlər keçirib

ABŞ və Tayvan Çindən artan hərbi təhdidlər fonunda hərbi əməkdaşlığı gücləndirməyə davam edir...

Poliqon xəbər ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik mənbələrinin məlumatına görə, iki ölkənin donanması aprel ayında Sakit okeanda rəsmi məlumatı verilməyən təlimlər keçirib. Mənbələrdən biri təlimlərin rəsmi olaraq keçirilmədiyini və planlaşdırılmamış dəniz təmasları kimi xarakterizə edildiyini söyləyib.

Reuters yazır ki, Birləşmiş Ştatlar və Tayvan arasında hərbi əlaqələr, o cümlədən səfərlər və təlimlər gizlidir və Çinin etirazları səbəbindən rəsmi olaraq təsdiqlənmir. Pekin Tayvanı öz ərazisi hesab edir və Vaşinqton rəsmi olaraq “bir Çin” prinsipini tanıyır.

Mənbələrin Reuters Agentliyinə verdiyi məlumata görə, təlimlər Sakit okeanın qərbində baş tutub. Agentliyin məlumatına görə, tərəflər arasında təlimlərin “sadəcə təsadüfi təmasların nəticəsi olduğu” barədə açıqlanmayan razılıq var.

Qeyd edək ki, Tayvan donanması tez-tez başqa ölkələrin gəmiləri ilə təmasda olduğunu və lazım gəldikdə onlarla təlimlər keçirdiyini bildirib. Pentaqon şərh verməkdən imtina edib.

Poliqon.info