ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya gəlib

ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya səfəri başlayıb...

Poliqon xəbər verir ki, Associated Press Agentliyinin məlumatına görə, dövlət katibi Kiyevə “Ukraynanı Amerikanın dəstəyinə əmin etmək üçün elan edilməmiş diplomatik missiya ilə” gəlib.

ABŞ rəsmiləri AP-yə bildiriblər ki, Rusiya hərbi əməliyyatları başlayandan bəri Kiyevə dördüncü səfərində Blinken Co Bayden administrasiyasının Ukraynanın müdafiəsi və uzunmüddətli təhlükəsizliyinə sadiqliyini vurğulayacaq. Rəsmilər qeyd ediblər ki, yeni yardım paketi haqqında qanunu imzaladıqdan sonra Bayden artıq qısamüddətli hərbi yardım üçün 1,4 milyard dollar, uzunmüddətli dəstək üçün isə 6 milyard dollar ayrıldığını elan edib.

Qeyd edək ki, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan dünən, mayın 13-də Vaşinqtonun Ukraynaya silah tədarükünü sürətləndirmək istəyini açıqlayıb. Sallivanın sözlərinə görə, ABŞ tezliklə yeni yardım paketini açıqlayacaq.

Xatırladaq ki, aprelin sonunda Amerika səlahiyyətliləri Ukraynaya 61 milyard dollarlıq yardımın verilməsini təsdiqləyiblər.

Poliqon.info