"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan "Qarabağ"ın çempionluq mükafatları XXXVI turun oyunundan sonra təqdim olunacaq...

"Report"un əldə etdiyi məlumata görə, təltifetmə mərasimi "Azərsun Arena"da baş tutacaq.

Cari mövsümün son turu çərçivəsində "Araz Naxçıvan"la üz-üzə gələcək "köhlən atlar" matç sonrası qızıl medal və kubokla mükafatlandırlacaq.

Görüşün protokolunda ev sahibi Naxçıvan təmsilçisi göstərilsə də, qarşılaşma Ağdam təmsilçisinin stadionunda keçiriləcək.

Qeyd edək ki, "Araz Naxçıvan" - "Qarabağ" görüşü mayın 26-sı oynanılacaq.

Poliqon.info