İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Siyavuş Eldar oğlu İsmayılovun meyitinin qalıqları İmişli rayonuna gətirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Şahverdili kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Siyavuş Eldar oğlu İsmayılov 1967-ci il noyabrın 1-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

S.İsmayılov Şahverdili kənd qəbiristanlığında dəfn olunacaq.

Poliqon.info