Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub...

Poliqon Oxu.Az-a istinadən yeni təyin olunan rəisin dosyesini təqdim edir:

Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur.

Əslən Laçın rayonundan olan M.Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib. 

Prezidentin “general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü Müşfiq Məmmədov Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesi olub.

O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Poliqon.info