Dövlət Departamenti Yaxın Şərqdə anarxiya və xaos təhlükəsi görür...

ABŞ dövlət katibi Blinken: İsrail ordusunun Rəfahdakı əməliyyatı Yaxın Şərqdə anarxiyaya gətirib çıxaracaq...

İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfahdakı hücum əməliyyatı Yaxın Şərqdə anarxiya yaratmaq təhlükəsi yaradır.

Poliqon xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib. Dövlət katibinin sözlətini “Le Monde” qəzeti sitat gətirib.

“İsrailin müdaxiləsindən sonra belə, minlərlə silahlı Həmas üzvü Rəfahda qalacaq. Belə bir hərəkət problemi aradan qaldırmadan xaosa və anarxiyaya səbəb olacaq”, deyə ABŞ-ın baş diplomatı qeyd edib.

Blinken həmçinin vurğulayıb ki, bütün fələstinli döyüşçüləri fiziki olaraq məhv etmək cəhdləri HƏMAS-ın Qəzzada fəaliyyətlərinin dayandırılmasına zəmanət vermir. O, əlavə edib ki, Təl-Əvivin hərəkətləri mülki şəxslərə böyük zərər vurmaq riski daşıyır. Dövlət katibi həmçinin etiraf edib ki, münaqişə artıq Fələstin hərəkatının üzvlərindən daha çox mülki vətəndaşın ölümünə səbəb olub.

Poliqon.info