Ankara sülh danışıqları ilə bağlı Rusiya və Ukraynadan müsbət cavab almayıb

Türkiyə mütəmadi olaraq Ukrayna üzrə İstanbul danışıqlarının bərpasının zəruriliyi ilə bağlı sualı qaldırır, lakin Ankara bu danışıqlara hazır olduğuna dair cavab almayıb...

Poliqon xəbər verir ki, bunu Türkiyə paytaxtındakı diplomatik mənbə "RİA Novosti" Agentliyinə bildirib.

"Türkiyə Ukraynadakı vəziyyəti diqqətlə izləyir və tərəfləri danışıqlara qayıtmağa çağırır", deyən mənbənin sözlərinə görə, Ukraynada Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur qazanmaq şansı azdır.

"Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələni daima yüksək səviyyədə qaldırır, lakin hələlik tərəflərdən Türkiyənin təklifinə konkret reaksiya yoxdur", deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, fevral ayında amerikalı jurnalist Taker Karlsona müsahibə verən Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə Ukrayna ilə danışıqların demək olar ki, başa çatdığını, rus qoşunlarının Kiyevdən çıxarılmasından sonra Ukrayna tərəfinin bütün razılaşmalardan çıxdığını deyib. Həmçinin Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqları qadağan edən fərman imzalayıb.

Poliqon.info