Rişi Sunak: Qarşıdakı beş il Britaniya tarixinin ən təhlükəli illəri olacaq

Qərb ölkələri avtoritar dövlətlərin artan təhdidləri ilə üz-üzədir, qarşıdakı beş il Böyük Britaniya tarixində ən təhlükəli illərdən biri olacaq...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın London Policy Exchange analitik mərkəzində çıxışında bildirib.

"Növbəti 5 ildə son 30 ildəkindən daha çox dəyişiklik olacaq. Əminəm ki, növbəti bir neçə il ölkəmizin tarixində ən təhlükəli və eyni zamanda transformasiya illərindən olacaq" deyə "The Times" qəzeti Britaniya hökumətinin başçısının sözlərindən sitat gətirir.

Sunak iddia edib ki, İran, Çin, Şimali Koreya və Rusiya Federasiyasının daxil olduğu avtoritar dövlətlər oxu Qərb ölkələri üçün problem yaradır.

"Ölkəmiz yol ayrıcındadır. Müharibə və sülh məsələləri dəyişəcək. Qarşıdakı bir neçə il ərzində həyatımızın demək olar ki, hər bir tərəfi - demokratiyadan iqtisadiyyata və cəmiyyətdən çətin müharibə və sülh məsələlərinə qədər - dəyişikliklərə məruz qalacaq", deyə Böyük Britaniyanın baş naziri bildirib.

Nəşr qeyd edir ki, Sunak çıxışında süni intellektin inkişafının nəticələrinə və Avropaya miqrasiya axınlarına da toxunuv. Eyni zamanda o, britaniyalıların təhlükəsizliyini təmin etmək iqtidarında yalnız hakim Mühafizəkarlar Partiyasının olması fikrini ifadə edib.

Poliqon.info