Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb

Erməni işğalı dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb...

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bakıda “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, artıq seysmoloji stansiyaların qorunması istiqamətində işlər aparılır: "Daşaltı kəndi ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Bir aya qədər işləri tamamlayıb Qarabağda ilk seysmoloji stansiyanın açılışını edəcəyik".

Poliqon.info