Tbilisidə polis etirazçılara qarşı fiziki zorakılıq tətbiq edib

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “xarici agentlər haqqında” qanuna etiraz olaraq keçirilən aksiyanın bir neçə iştirakçısına qarşı fiziki zorakılıq tətbiq ediblər...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstan mətbuztında məlumatlar yer alıb. Müxalifət telekanalları tərəfindən lentə alınan kadrlarda nümayişçilərdən birini saxlayarkən bir neçə təhlükəsizlik qüvvələrinin eyni vaxtda onun üzünə və başına necə zərbələr endirdiyi göstərilir.

Digər videogörüntülərdə isə bir qrup xüsusi təyinatlının yerə yıxılan aksiya iştirakçısını mühasirəyə alaraq təpiklə vurduğu görünür.

Daha bir etirazçı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sözün əsl mənasında kütlənin arasından qoparılaraq kordondan kənara çıxarılır. Daha sonra görüntülərdə polislərin onu necə döyməyə başladıqları göstərilir.

Poliqon.info