Blinken İsrail müdafiə naziri ilə Rəfahdakı vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağının cənubundakı Rəfahdakı vəziyyəti İsrailin müdafiə naziri Yoav Qalantla müzakirə edib...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin bazar günü yaydığı məlumatda bildirilir.

Sənəddən məlum olur ki, Blinken Qallant ilə söhbətində ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini və Fələstinin radikal HƏMAS hərəkatını məğlub etmək kimi ümumi məqsədini təsdiqləyib.

“Onlar Qəzza zolağındakı vəziyyəti və girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər. Dövlət katibi bir daha bildirib ki, Birləşmiş Ştatlar bir milyondan çox insanın sığındığı Rəfahda böyük quru hərbi əməliyyatına qarşıdır”, deyə bəyanatda deyilir.

Bundan əlavə, Blinken İsrail Müdafiə Nazirliyinin rəhbərinə Qəzzada mülki əhalinin və humanitar işçilərin qorunmasının vacibliyini bildirib, həmçinin İsrailli naziri Fələstin anklavına yardımın çatdırılmasını təmin etməyə və onun paylanması ilə bağlı çətinlikləri həll etməyə çağırıb.

Poliqon.info