Müstəqillik tərəfdarları Kataloniya parlamentində çoxluğu itiriblər

İspaniya birliyini dəstəkləyən Kataloniya Sosialist Partiyası parlament seçkilərində qalib gəlib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Kataloniyanın müstəqilliyini dəstəkləyən siyasi qüvvələr parlamentdəki yerlərin mütləq əksəriyyətini əldə edə bilməyib və 10 ildən artıq müddətdə ilk dəfə katalon millətçiləri hakimiyyəti itirə bilər.

Səslərin 99%-dən çoxunun hesablanmasının nəticələrinə əsasən, Sosialist Partiyası 135 yerlik palatada 42 yer qazanıb. Keçmiş regional hökumət başçısı Karles Puçdemonun separatçı koalisiyası “Junts per Catalunya” 35, müstəqillik tərəfdarı olan Sol Kataloniya Respublikaçılar isə 20 yerə iddia edə bilər. Müstəqillik tərəfdarı olan dörd partiya cəmi 61 yer qazana bilib ki, Bbu da höküməti qirmaq üçün yetrəlo olmayacaq. Belə ki, hökümət qurmaq üçün 68 səsə sahib olmaq lazımdır.

Sosialistlər də koalisiya ilə bağlı danışıqlar aparmalı olacaqlar. “Kataloniya yeni dövr açmağa qərar verdi. Seçicilər qərara gəldilər ki, Sosialist Partiyası bu dövrə rəhbərlik edəcək və mən Kataloniyanın növbəti prezidenti olmaq niyyətindəyəm”, deyə İspaniyanın keçmiş səhiyyə naziri və sosialist lideri Salvador İlla bildirib.

Poliqon.info