Litvada prezident seçkiləri...

Litva prezidenti Nauseda və baş nazir Şimonite seçkilərin ikinci turuna çıxıblar...

Poliqon xəbər verir ki, Litvada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib. Hazırkı dövlət başçısı itanas Nauseda 46,08% səs toplayıb və birinci yerdədir. İkinci yerdə 16,48% səslə baş nazir İnqrida Simonite gəlir.

Prezident seçkiləri ilə yanaşı, Litva vətəndaşlarının ikili vətəndaşlığın tətbiqinin əleyhinə səs verdiyi referendum keçirilib.

İkinci turun mayın 26-da keçirilməsi nəzərdə tutulub. 59 yaşlı Qitanas Nausėda ikinci raundda qalib gələcəyinə əmin olduğunu və döyüşmək üçün “heç bir strategiyaya” ehtiyac duymayacağını söyləyib.

Franse Press Agentliyi qeyd edir ki, seçkilərdə “qonşu Rusiya ilə bağlı narahatlıqlar” üstünlük təşkil edib və bütün əsas namizədlər Avropa İttifaqı və NATO-nun müdafiə xərclərini artırması ilə bağlı razılığa gəliblər. Sorğular Nausedanın digər namizədlərdən üstünlüyünü göstərib.

Qeyd edək ki, Litvada prezidentlik uğrunda 8 namizəd mübarizə aparıb. Dörd nəfər siyasi partiyalar tərəfindən, o cümlədən Şimonite irəli sürülüb. Dörd nəfər isə Nauseda da daxil olmaqla, müstəqil şəkildə öz namizədliyi irəli sürüb.

Delfi portalının saytında verilən məlumata görə, Litvada ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendumda seçicilərin 50%-dən çoxu iştirak edib. Bu baxımdan referendum baş tutmuş hesab edilib. Məntəqələrə gələnlərin əksəriyyəti ikinci vətəndaşlıq almaq imkanının tətbiqinə qarşı çıxıb.

Qeyd edək ki, 2019-cu ildə belə bir referendum artıq keçirilib və Litva seçiciləri bunun əleyhinə səs veriblər.

Poliqon.info