Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339,4 min manat təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon manat vəsait daxil olub.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 4 milyard 522,6 milyon manata çatıb.Ödənilən vergilərin 67,9 faizi qeyri-neft-qaz sektorunun, 32,1 faizi isə neft-qaz sektorunun payına düşüb. 

Poliqon.info