Son 20 ilin ən yüksək səviyyəli maqnit qasırğası Yerə yaxınlaşır

Mayın 11-də Yer kürəsində ən yüksək səviyyəli maqnit qasırğası baş verə bilər...

Günəşdə bir sıra partlayışlardan sonra mayın 11-də Yerdə ən yüksək, beşinci səviyyəli maqnit qasırğası baş verə bilər.

Poliqon xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov xəbərdarlıq edib.

“Üç gün ərzində Günəş planetimizə doğru dörd müstəsna böyük plazma buludu atıb. Onlardan bəziləri yolda birləşərək, hesablamalara görə, bu gecə Yerin atmosfer sahəsinə girəcək”, deyə alim “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

Sergey Boqaçov qeyd edib ki, son iki gündə Günəşdə ən yüksək dərəcəli X dərəcəli alışmalar qeydə alınıb. Proqnozlara görə, partlayıcı enerjinin tükənməsi yaxın 2-3 gün ərzində baş verəcək. Eyni zamanda, Yer kürəsində müxtəlif dərəcədə güclü geomaqnit qasırğaları həftənin sonuna qədər davam edə bilər.

Poliqon.info