Antalyada təyyarənin ön təkəri partladı - 190 nəfər təxliyə edildi - Video

Türkiyənin Antalya vilayətində Köln-Qazipaşa reysini həyata keçirən mülki təyyarə ön təkərinin partlaması nəticəsində gövdəsi üstə enib...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, "Corendon Airlines" şirkətinə məxsus təyyarədə olan 190 nəfər təxliyə edilib.

Hadisə ilə bağlı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada bildirilib ki, bu gün yerli vaxtla saat 11:00 radələrində Köln-Qazipaşa reysi ilə uçan B738 tipli təyyarənin enişdən sonra təkəri partlayıb və hava vasitəsinin ön dayağı zədələnib. 

Poliqon.info 

    Ətraflı    Təyyarədə olan 184-ü sərnişin, 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfər təxliyə edilib. Sərnişinlərdən xəsarət alan olmayıb.

İlkin məlumata görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib. Təyyarə üzərində araşdırma aparılır.