Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

ABŞ-də idarəsi üçün pilot lisenziyası tələb olunmayan birnəfərlik "Helix" elektrik təyyarələrinin satışına başlanılıb. Onunla ancaq aeroportlardan kənarda uçuşlara icazə verilir...

Poliqon oxu.az-a istinadən bildirir ki, elektrik təyyarə şaquli olaraq qalxır və enir, sürəti 100 km/saata qədər çatır və bir dəfə doldurulmaqla 32 kilometrə qədər uça bilir.

O da vurğulanıb ki, "Helix"in qiyməti 190 min dollardan (323 min manat) başlayır.

Poliqon.info