Avropa İttifaqı Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı məşhur Hollivud aktyoru Stiven Siqala qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə “Euobserver” portalı məlumat yayıb. Portala görə, Seqalın hərəkətlərinin Ukraynaya zərər verə məsi ilə bağlı məcburi hüquqi əsaslar olduqda məhdudiyyətlər qəbul ediləcək.

Siqaldan başqa, sanksiyalar müğənni Yaroslav Dronova da (Şaman) təsir edə bilər.

Xatırladaq ki, Stiven Siqal hazırda Rusiyada yaşayır və 2016-cı ildən Rusiya vətəndaşlığına malikdir. Aktyor könüllük əsasında Rusiya-Amerika humanitar əlaqələri və ümumi mədəni-tarixi irslə bağlı bir sıra məsələlər üzrə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi vəzifəsini tutur. Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində Siqal da iştirak edib.

Qeyd edək ki, Aİ hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. KİV-in məlumatına görə, yeni sanksiya paketinə Avropadakı siyasi partiyaların, QHT-lərin və KİV-lərin Rusiyadan maliyyə vəsaiti alınmasına qadağa, Rusiyadan qeyri-Avropa ölkələrinə LNG tədarükünə xidmət edən limanlara qadağa, habelə Rusiya aviasiyasına dair daha sərt sanksiyalar daxildir.

Poliqon.info