Azərbaycan Ordusunun “EFES - 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb - Video

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir...

Poliqon xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Poliqon.info