Almaniyada xidmətə yararlı bütün vətəndaşlar qeydiyyata alına bilər

Bundesverə hərbi xidmətə yararlı olan bütün vətəndaşları qeydiyyata almaq imkanı verilməlidir...

Poliqon xəbər verir ki, bunu Almaniya Hərbi İttifaqının rəhbəri, polkovnik Andre Vüstner ARD telekanalında debat zamanı bildirib.

Onun fikrincə, icbari hərbi çağırışın bir çox üstünlükləri var, onun tətbiqi isə hazırda mövcud olan təhlükəsizlik siyasəti sahəsində əsaslandırma tələb edir.

Polkovnik Almaniyanın müdafiə naziri Boris Pistoriusun başlatdığı Bundesverin yenidən təşkilini dəstəkləyərək əlavə edib ki, onun tapşırıqlarını yerinə yetirmək üçün şəxsi heyətlə təmin olunmalıdır. Andre Vüstner deyib ki, Bundesver hərbi xidmətə qadir olan bütün insanlar haqqında məlumat toplamaq imkanına malik olmalıdır.

"Mən görürəm ki, kadr hazırlığına gəldikdə, ehtiyatı nəzərə alsaq belə, cari planlar kifayət etmir", deyə polkovnik bildirib.

Andre Vüstnerin sözlərinə görə, məcburi hərbi xidmətin köhnə formatı müzakirə mövzusu deyil, lakin məlumatların necə toplanacağı məsələsinə diqqət yetirilməlidir. Onun fikrincə, Bundesver hərbi xidmət üçün uyğun olan hər kəs haqqında məlumat toplamaq imkanına malik olmalıdır ki, onlar qeydiyyata alınsın və məlumatlandırılsın.

Almaniyada ümumi hərbi xidmət 2011-ci il iyulun 1-dən ləğv edilib.

Poliqon.info