Fələstin BMT-qə qəbul olunarsa, ABŞ təşkilatın maliyyələşdirilməsini dayandıracaq

Fələstinin üzvlüyünə dair qətnamə qəbul olunarsa, Vaşinqton BMT-nin bütün qurumlarının maliyyələşdirilməsini dayandırmaq qərarına gələ bilər...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilirə

“Biz Fələstinin qəbulu ilə bağlı qətnamədən xəbərdarıq və bəzi qurumlara beynəlxalq hüququn üstünlükləri təmin etmək səyləri ilə bağlı narahatlığımızı təkrar edirik. Birləşmiş Ştatlar Fələstin dövlətçiliyinin tanınmasına gedən yolun birbaşa danışıqlardan keçməli olduğu mövqeyini saxlamaqda davam edir”, deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin kommunikasiya direktoru və nümayəndəsi Neyt Evans ABŞ-ın mövqeyini Reuters-ə şərh edib.

Agentlik qeyd edir ki, Amerika qanunlarına görə, Vaşinqton “dövlətçiliyi beynəlxalq aləmdə tanınmayan” konkret quruma üzvlük verən BMT qurumlarının heç birini maliyyələşdirə bilməz. Belə ki, 2011-ci ildə Fələstin YUNESKO-ya üzv olduqdan sonra ABŞ bu quruma vəsait ayrılmasını dayandırıb.

“Qətnamə qəbul olunarsa, mən gözləyirəm ki, Birləşmiş Ştatlar Amerika qanunlarına uyğun olaraq BMT və onun qurumlarını maliyyələşdirməyi tamamilə dayandıracaq”, deyə İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bildirib.

Agentlik həmçinin bildirib ki, Baş Assambleyada Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnaməyə səsvermə mayın 10-da keçirilə bilər. Reuters-in mənbəsinin fikrincə, əksər ölkələr Fələstinin BMT üzvlüyünü dəstəkləyəcək, lakin sənəd layihəsinə bəzi dəyişikliklər edilə bilər. Çünki, qətnaməyə əsasən, fələstinlilərə tam üzvlük deyil, əlavə hüquq və imtiyazlar təklif olunur. Agentliyin istinad etdiyi diplomatlar bunun Kosovo və Tayvan da daxil olmaqla BMT-yə üzv olmaq üçün digər müraciət edənlər üçün “presedent yarada biləcəyindən” ehtiyat edirlər.

Poliqon.info