Aİ-nin Rusiyadakı səfiri Putinin andiçmə mərasimində iştirak etməyəcək

Aİ-nin Rusiyadakı səfiri mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stanoya istinadən məlumat yayıb.

“Səfirimiz mərasimdə iştirak etməyəcək”, deyə Stanoya Reuters-ə bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından Avropa İttifaqının Moskvadakı diplomatik missiyasına fransalı Rolan Qalyaraq rəhbərlik edir.

Bundan bir gün əvvəl, mayın 6-da Peter Stano Aİ-nin Moskvadakı və üzv ölkələrdəki nümayəndə heyətinin Vladimir Putinin andiçmə mərasiminə dəvət aldığını bildirmişdi. Bununla belə, o, Aİ nümayəndələrinin hələlik iştirakla bağlı yekun qərar vermədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vladimir Putin 87,2% səs toplayıb. Yeni prezidentlik müddəti onun beşincisi dövrü olacaq. Vladimir Putinin andiçmə mərasimi sabah, mayın 7-də baş tutacaq.

Polşa və ABŞ hakimiyyəti tədbirdə iştirakdan imtina etdiklərini açıqlayıb.

Poliqon.info