Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırdığını təsdiqləyib...

APA xəbər verir ki bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Almaniyaya qarşı kiberhücumundan sonra Almaniya Rusiyadakı səfiri Aleksander Lambsdorffu məsləhətləşmələr üçün Berlinə qaytarıb.

"Rusiyanın liberal demokratiyamıza və onu dəstəkləyən qurumlara qarşı hərəkətləri çox ciddidir və buna dözə bilmərik" - XİN qeyd edib.

***

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, səfirin geri çağırılmasına səbəb Almaniyanın Rusiyanı kiberhücumlarda ittiham etməsi olub.

Poliqon.info